Tayvanda 5,2 maqnitudalı zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri təxminən 771 min əhalisi olan Taynan şəhərindən 42 kilometr şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 2 kilometr dərinlikdə olub.