RU

Donuz böyrəyi ilə ən uzun yaşayan qadın oldu

Amerikalı qadın donuz böyrəyi ilə ən uzun ömür rekordu vurub.

KONKRET.az xəbər verir ki, Alabamadan olan Tovana Luni adlı qadın 61 gündür ki, donuz böyrəyi ilə yaşayır.

O, 1999-cu ildə bir böyrəyini anasına bağışlayıb. Luni hamiləlikdən sonra ikinci böyrəyini itirib. O, 8 il dializə bağlı ömür sürüb. Bu müddət ərzində həkimlər belə nəticəyə gəliblər ki, onun orqanizmi antikorların həddindən artıq yüksək olması səbəbindən insan orqanını qəbul edə bilməyəcək.

Yeni orqanın nə qədər fəaliyyət göstərəcəyi hələ məlum deyil.

Избранный
6
3
konkret.az

3Источники