Bakı. Trend:
"AzerGold" QSC-nin qızıl və gümüş sikkə, eləcə də qızıl külçəkolleksiyaları İsveçrədə növbəti dəfə nümayişə çıxarılıb.
Qiymətli məhsullar İsveçrənin Sankt-Moritz şəhərində keçirilənqar polosu üzrə 40-cı dünya kuboku çərçivəsində Heydər ƏliyevFondunun təşkilatçılığı ilə ərsəyə gətirilmiş Azərbaycanpavilyonunda sərgilənib.
Milli pavilyonda qonaqlar üçün Heydər Əliyev Fondunun“Azərbaycan. Təbiətin sehrində” nəşrindəki foto vəvideomateriallar, eləcə də qədim çövkən oyununa dair müxtəlifnümayişlər, ölkəmizin müxtəlif milli brendlərinə məxsus məhsullar,Azərbaycanın görməli yerlərinə virtual səyahət imkanları təqdimedilib.
Azərbaycan qızılı və gümüşündən istehsal edilmiş sikkə vəkülçələr beynəlxalq sərgi iştirakçılarının böyük maraq göstərdiyiməhsullar sırasında olub. Pavilyonu ziyarət edənlərə ÜmummilliLider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə“Smartminting” texnologiyası əsasında 3D formatında ərsəyəgətirilmiş “100 il və onun fövqündə bir irs” unikal qızıl sikkəsi,Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş qızıl sikkə, yeninəsil “Bakı” gümüş sikkəsi, eləcə də Qarabağ kolleksiyasına aidqiymətli məhsullar daxil olmaqla, Azərbaycanın müasirliyini, tarixvə incəsənətini, qədim ənənələrini təbliğ edən məhsullar barədəətraflı məlumat verilib.
Qeyd edək ki, sərgi 24-26 yanvar tarixlərində keçirilib.