(USAID) Ukrayna ilə bağlı layihələri və onların maliyyələşdirilməsini dayandırıb.
ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinə (USAID) Ukrayna ilə bağlı layihələri və onların maliyyələşdirilməsini dayandırmaq tapşırılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti qərar qəbul edib.
USAİD-in ofisində Dövlət Departamentinin direktivini dəqiq necə həyata keçirməyi planlaşdırdıqları və istisnaların olub-olmayacağı barədə hələlik məlumat yoxdur.
USAID Ukraynada məktəblərin bərpası, tibbi xidmətlər, kritik enerji sistemlərinin təmiri kimi humanitar layihələri dəstəkləyir.