Ukraynadakı münaqişə 2024-cü ildə 29% artaraq rekord məbləğə - 318,7 milyard dollara çatan silah satışı ABŞ-in qazancının artmasına səbəb olub...
Poliqon bu barədə Ouest-France nəşrinə istinadən xəbər verir.
Nəşr yazıb ki, ABŞ Dövlət Departamentinin məlumatına görə, gəlir bir çox dövlətlərin Ukraynaya təhvil verilənlər müqabilində öz silah ehtiyatlarını artırmaq istəməsi ilə bağlıdır.
Amerikanın əsas silah istehsalçıları üçün satış artımı proqnozlarının nikbin olaraq qaldığı vurğulanıb. Eyni zamanda qeyd edilib ki, artilleriya mərmiləri, Patriot sistemləri və zirehli maşınlar üçün sifarişlər yaxın aylarda artmalıdır.
Bundan əvvəl isə ABŞ-ın İsrailə 8 milyard dollar dəyərində silah və sursat satmaq planları barədə məlumat yayılmışdı.
Poliqon.info