RU

Tramp miqranların olduğu təyyarəni qəbul etməyən Kolumbiyaya 25 faiz rüsum tətbiq edib

ABŞ Prezident Donald Tramp immiqrantların deportasiyasını həyata keçirən ABŞ hərbi təyyarələrinin enişinə mane olmasından sonra Kolumbiyaya qarşı 25 faiz rüsum tətbiq edib.

Tramp Kolumbiyadan ABŞ-a gələn bütün mallara rüsumun dərhal tətbiq ediləcəyini və bir həftə ərzində rüsumun 25 faizdən 50 faizə qaldırılacağını bildirib.

Kolumbiya Prezidenti Qustavo Petro da ABŞ-a 50 faiz rüsum tətbiq edəcəyini açıqlayıb.

Qeyd edək ki, bu gün Kolumbiya Prezidenti Qustavo Petro ölkəyə doğru hərəkət edən miqrantları daşıyan ABŞ-a məxsus iki hərbi təyyarənin enişinə icazə verməyib. O, mülki təyyarələrlə səyahət edən repatriasiya edilmiş miqrantları qəbul etməyə hazır olduğunu bildirib.

© Azərtac

Избранный
10
marja.az

1Источники