Kolumbiyanın şimalında yerləşən Katatumbo bölgəsində, silahlı qruplara üzv 63 nəfərin təhlükəsizlik qüvvələrinə təslim olduğu bildirilib.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla bildirir.
Məlumata görə, köhnə Kolumbiya İnqilabçı Silahlı Qüvvələrin 33-cü Cəbhəsinə (FARC) bağlı olduğu bildirilən 63 nəfər Tibu qəsəbəsində silahları ilə təhlükəsizlik qüvvələrinə təslim olub.
Kolumbiya ordusu bildirib ki, əsgərlərin quru araşdırmaları zamanı 1 ton partlayıcı maddə, 54-dən çox uzun lüləli silah, 2 pulemyot, 1 snayper tüfəngi, 25 tapança və çoxlu güllə ələ keçirdiyi bildirilib.
Açıqlamada zorla işə götürülən 20 uşağın xilas edildiyi, təşkilata aid rabitə vasitələri və maddi-texniki təchizat materiallarının da ələ keçirildiyi paylaşılıb.
Nuriyyə Musayeva
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта