RU

“Bank of Baku” məhkəməyə verildi – SƏBƏB

Vətəndaşa mənəvi olaraq zərər vuran “Bank of Baku” məhkəməyə verilib.

Tribunainfo.az xəbər verir ki, bankla bağlı iddianı Orucov Mahir Qurban oğlu qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisə və mülki hüquq pozuntularından əmələ gələnöhdəliklər üzrə mübahisədir. İddianı qaldıran Mahir Orucov “Bank of Baku”nun ona vurduğu mənəvi zərərin ödənilməsini tələb edir.

Bankla bağlı iş baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib. 26 fevral tarixində hakim Nərgiz Tağıyevanın sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, məhkəməyə verilən “Bank of Baku”nun Müşahidə Şurasının sədri Elçin İşayevdir. Bankın İdarə Heyətinin sədri isə Həsən Quliyevdir.

Tərəfləri dinləməyə hazırıq.

Roman

Избранный
10
16
tribunainfo.az

10Источники