RU

Lukaşenko yeddinci dəfə prezident seçildi


İlkin məlumatlara görə, Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenko prezident seçkilərində qalib gəlib.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Respublika Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, seçicilərin 86,82 faizi ona səs verib.
“Belarus Respublikasını təbrik edə bilərsiniz, biz artıq prezidenti seçmişik”, - o qeyd edib.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Liberal Demokrat Partiyasının sədri Oleq Qaydukeviç 2,02%, biznesmen Anna Kanopatskaya - 1,86%, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Sırankov - 3,21%, Respublika Əmək və Ədalət Partiyasının sədri Aleksandr Xijnyak -1% səs toplayıb.
Seçkilərdə yekun seçici fəallığı 85,7% təşkil edib . Ümumilikdə 5,3 mindən çox seçki məntəqəsində 6,9 milyondan çox vətəndaş səs verib.
Yekun məlumatların fevralın 3-də elan edilməsi gözlənilir.
Qeyd edək ki, 2020-ci il prezident seçkilərində Lukaşenko 80,10 faiz səs toplayıb.
Xatırladaq ki, 70 yaşlı Lukaşenko Belarusun ilk və hazırda yeganə prezidentidir - əslində o, bu vəzifəni 1994-cü il iyulun 20-dən tutur.
Избранный
7
13
yeniavaz.com

10Источники