RU

Gələcək nəsillərə sağlam dünya miras qoymağın YEGANƏ YOLU – FOTO

Dünyanın sürətlə inkişaf edən sənaye və istehlak mədəniyyəti planetimizi təhlükə altında qoyur. Hər il milyardlarla ton tullantı yaranır və əksəriyyəti ya zibil sahələrində yığılır, ya da təbiətə atılır. Bu tullantılar torpaq və su çirkliliyindən tutmuş iqlim dəyişikliyinə qədər geniş miqyaslı ekoloji problemlərə səbəb olur.

Təkrar emal, tullantıların düzgün idarə edilməsi və resursların yenidən istifadəsi qlobal miqyasda diqqət mərkəzində olan məsələlərdir. Məlumdur ki, zibil yığınlarıları yalnız gözəlliyi pozan element deyil, həm də ətraf mühit üçün ciddi təhlükə mənbəyidir. Bu tullantıların yaratdığı problemlər çoxşaxəlidir. Hər şeydən əvvəl zibil sahələrindən sızan kimyəvi maddələr torpaq və su ehtiyatlarını çirkləndirir. Bu, kənd təsərrüfatına, içməli suya və yerli ekosistemlərə zərər vurur.

Gələcək nəsillərə sağlam dünya miras qoymağın <span style=color:red>YEGANƏ YOLU – FOTO

Zibil yığınlarında parçalanan tullantılar metan qazı ifraz edir ki, bu da istixana effektinə səbəb olan əsas qazlardan biridir. Bu zərərli tullantılar ətrafında yaşayan insanlar xoşagəlməz qoxu, xəstəlik daşıyan mikroorqanizmlər və hətta toksik maddələrdən təsirlənir. Bundan başqa, tullantılar dənizlərə və çaylara axaraq su həyatını təhlükə altında qoyur. Plastik tullantılar xüsusilə dəniz heyvanlarının ölümünə səbəb olur.

Dünya təcrübəsinə nəzər salsaq, tullantılarla mübarizə məqsədilə bir sıra tədbirlərin tətbiq edildiyini görə bilərik. Belə ki, ətraf mühitin qorunması üçün ən klassik ənənəvi üsullardan biri təkrar emaldır. Təkrar emal resursların yenidən istifadə olunmasını təmin edir və zibil sahələrinin yükünü azaldır. Dünya ölkələri və beynəlxalq təşkilatlar bu sahədə müxtəlif metodlar tətbiq edirlər.

Məsələn, 2002-ci ildə plastik torbaları qadağan edən Banqladeş bu addımla həm daşqın riskini azaltmış, həm də plastik çirklənmənin qarşısını xeyli almışdır. Avropa ölkələri tullantıların çeşidlənməsi və təkrar emal sistemlərini inkişaf etdirərək tullantıların miqdarını əhəmiyyətli dərəcədə azaltmışdır. Nümunə üçün deyə bilərik ki, Almaniyada ev təsərrüfatlarında tullantıların 67%-i təkrar emal olunur. İsveç və Danimarkada tullantıları enerjiyə çevirmək üçün xüsusi zavodlar qurmuşdur. Bu metod yalnız tullantıların azalmasına deyil, həm də enerji ehtiyaclarının ödənilməsinə kömək edir.

Gələcək nəsillərə sağlam dünya miras qoymağın <span style=color:red>YEGANƏ YOLU – FOTO

Bu sahədə beynəlxalq təşkilatların da böyük dəstəyini qeyd etmək lazımdır. Təsadüfi deyil ki, IUCN, UNEP və digər təşkilatlar qlobal təmizləmə və təkrar emal layihələri həyata keçirirlər. UNEP-in dəstəyilə 120-dən çox ölkə plastik çirklənməni azaltmağa yönəlmiş qanunlar qəbul edilmişdir.

Qeyd edək ki, son dövrlərdə tullantıların idarə edilməsi və təkrar emal sahəsində bir çox qeyri-adi və texnoloji yeniliklər də tətbiq olunur. Bu yeniliklər həm tullantıların effektiv idarə olunmasını, həm də ətraf mühitin qorunmasını hədəfləyir. Bunlar içərisində “ağıllı zibil qutuları”nın adını xüsusilə qeyd etmək zəruridir. Belə ki, bəzi ölkələrdə ağıllı zibil qutuları tullantıların yığılması və çeşidlənməsini asanlaşdırmaq üçün istifadə olunur.

Bu cihazlar dolu olduqlarını bildirən sensorlar vasitəsilə tullantı toplama xidmətinə məlumat göndərir. Bu, tullantıların toplanma intervalını optimallaşdırır. Bəzi qutular hətta avtomatik olaraq plastik, metal və kağızı ayırır. Məsələn, “Bin-e” adlı zibil qutusu süni intellektdən istifadə edərək tullantıları tanıyır və çeşidləyir.

Gələcək nəsillərə sağlam dünya miras qoymağın <span style=color:red>YEGANƏ YOLU – FOTO

Sözügedən sahədə tətbiq olunan digər texnoloji yenilik plastiki bioloji parçalama texnologiyasıdır. Alimlər bakteriya və göbələklərdən istifadə edərək plastik tullantıları təbii şəkildə parçalamağın yollarını tapıblar. Məsələn, “Ideonella sakaiensis” adlı bakteriya plastik şüşələri parçalayaraq onları karbon dioksid və suya çevirir. Maraqlıdır ki, Meksikada tədqiqatçılar kaktus bitkilərindən bioloji olaraq parçalanan plastik materiallar istehsal ediblər.

Müasir dövrümüzdə tullantı emalı zavodlarında artıq robotlar insanları əvəz etməyə başlayıbdır. Süni intellekt və maşın öyrənməsi texnologiyasına əsaslanan bu robotlar yüksək dəqiqliklə təkrar emal edilə bilən materialları ayıra bilir. Bunun nəticəsində saniyədə yüzlərlə tullantı təhlil edilə və düzgün kateqoriyaya yönləndirilir bilir. Nümunə kimi “AMP Robotics” şirkətinin təcrübəsini qeyd edək bilərik. Belə ki, bu şirkətin hazırladığı sistem süni intellekt vasitəsilə tullantıları ayırmaqda qabaqcıl texnologiyadır.

Zibil yığınlarından səmərəli məqsəd üçün istifadə edən Hindistanda və Hollandiyada isə plastik tullantılardan yol tikintisi üçün istifadə olunur. Belə ki, bu ölkələrdə plastik bitumla qarışdırılaraq daha davamlı və ekoloji təmiz yolların tikintisində istifadə edilir. Plastikdən hazırlanan yollar həm ucuz, həm də uzunömürlüdür.

Gələcək nəsillərə sağlam dünya miras qoymağın <span style=color:red>YEGANƏ YOLU – FOTO

Tullantılardan enerji istehsal edən texnologiyaya gəlincə, bu texnologiya tullantıların miqdarını azaldır və enerji ehtiyaclarını qarşılayır. Məsələn, Isveçin Waste-to-Energy (WTE) texnologiyası tullantıları yandıraraq elektrik və istilik enerjisi istehsal edir. İsveç bu texnologiya sayəsində tullantılarının 99%-ni təkrar emal edir və ya enerjiyə çevirir. Çin və Cənubi Koreyada da tullantı yandırma zavodları geniş tətbiq edilir.

Dənizlərdə və okeanlarda yığılan plastik tullantıları təmizləmək üçün isə başqa bir sıra innovativ texnologiyalar da tətbiq olunur. “The Ocean Cleanup” layihəsi, okeanlarda üzən tullantıları toplayan avtomatik sistemlərdən istifadə edir. Təsadüfi deyil ki, bu texnologiya 2023-cü ildə Sakit okeandan yüzlərlə ton plastik tullantı çıxarmışdır. Kiçik robotlar və dronlar isə çaylardan və göllərdən tullantıları toplamışdır.

Hazırda dünyada plastik və digər tullantıları parçalamaq üçün xüsusi biotexnoloji üsullar inkişaf etdirilir. Alimlər tərəfindən modifikasiya edilmiş gen mühəndisliyi bakteriyaları plastikləri qısa müddətdə parçalayaraq zərərsiz maddələrə çevirir. Yeni nanomateriallar isə kimyəvi reaksiyalar vasitəsilə plastikləri daha sürətli məhv edir.

Gələcək nəsillərə sağlam dünya miras qoymağın <span style=color:red>YEGANƏ YOLU – FOTO

Tullantılarla mübarizə sahəsində blokçeyn texnologiyasının tətbiqi də maraq doğurur. Bu texnologiya vasitəsilə tullantıların izlənməsi təmin edilir. Sözügedən sistem tullantıların mənşəyini izləyir və onların hansı mərhələdə təkrar emal edildiyini göstərir.

Beləliklə, texnologiyanın tullantıların idarə edilməsinə inteqrasiyası zibil probleminin həllində əhəmiyyətli irəliləyişlərə səbəb olur. Ağıllı cihazlar, biotexnologiya, süni intellekt və alternativ materiallardan istifadə ekoloji problemlərin qarşısını almaq üçün güclü vasitələrdir. Bu texnologiyalarla həm tullantıların miqdarını azaldaraq ətraf mühiti qorumaq, həm də davamlı inkişafı təmin etmək mümkündür. Dünyanın bu sahədə apardığı innovativ təşəbbüslərdən nümunə götürmək gələcək üçün vacib addımdır.

Dediklərimizi yekunlaşdırsaq, o nəticəyə gələ bilərik ki, tullantılarla bağlı problemlər təkcə bir ölkənin deyil, bütün dünyanın qarşısında duran qlobal çağırışdır. Dünya dövlətlərinin bu sahədə təcrübələrini öyrənmək və tətbiq etmək hər bir cəmiyyətin ekoloji davamlılığı üçün vacibdir. Təbiətə qarşı məsuliyyətli davranış, tullantıların azaldılması və resursların təkrar istifadəsi gələcək nəsillərə daha sağlam və təmiz dünya miras qoymağın yeganə yoludur.

Yunis Xəlilov

Hüquqşunas

Избранный
12
50
medianews.az

10Источники