RU

Yanacaq xərcləri niyə artır?

Yazını böyüt
Yazını kiçilt

“Yanacaq xərclərinin artmasına bir sıra amillər təsir göstərir. Məsələn, paytaxtı götürsək məlumdur ki, Bakıda müxtəlif istiqamətlərdə mütəmadi olaraq tıxaclar müşahidə edilir. Bu isə avtomobillərin yanacaq sərfiyyatını artırır. Nəticədə yanacağa çəkilən xərclər artır. Bununla yanaşı, qış fəslində avtomobil mühərrikinin yanacağa təlabatı daha çox olur. Eyni zamanda, sürücülər yanacağın keyfiyyəti ilə bağlı da narazılıqlarını bildirirlər. Yanacağın keyfiyyətinin aşağı olması xərclərə təsir göstərir”.

Bu fikirləri Hafta.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib.

O, vurğulayıb ki, əksər nəqliyyat vasitələrinin köhnə olması mühərrikin qızma prosesini gecikdirir: “Bu da nəticə etibarilə yanacaq sərfiyyatını artırır. Düzdür, son illər ölkədə elektromobillərə marağın artdığı bildirilir. Eyni zamanda, yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkə ərazisinə gətirilməsi məhdudlaşdırılıb. Amma buna baxmayaraq həmin nəqliyyat vasitələrinin bazarda payı böyük deyil. Çünki xüsusilə elektromobillərlə bağlı problemlər mövcuddur. Məsələn, həmin avtomobillərin bir detalı xarab olanda müştəri o detalın ölkəyə çatdırılması üçün təxminən 3 ay qədər gözləməli olur. Ona görə əhalinin böyük əksəriyyəti hələ də ənənəvi avtomobillərə üstünlük verir”.

Xatırladaq ki, ötən il pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 3 milyard 423,1 milyon manat xərclənib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici 2023-cü ilin göstəricisini 5,5 faiz üstələyib. Başqa sözlə, əvvəlki illə müqayisədə əhalinin benzin və dizel yanacağına xərclədiyi vəsait 11,7 faiz və ya 360 milyon manat çoxdur. 2023-cü ildə əhalinin benzin və dizel yanacağına xərclədiyi vəsait 3 milyard 63 milyon manat olub.

Избранный
1
6
hafta.az

7Источники