RU

Valideyn boşanmalarının fəsadları: Uşaqların sağlamlığına...

Toronto, Tyndale və Austin Texas Universitetindən olan tədqiqatçılar tərəfindən aparılan araşdırmaya görə, valideynləri uşaqlıqda boşanmış yaşlı insanlar daha çox insult riski ilə üzləşirlər.

News24.az xəbər verir ki, tədqiqat göstərib ki, valideynləri boşanmış 65 və daha yuxarı yaşda olan doqquz amerikalıdan biri insult keçirmiş, valideynləri bir yerdə qalanlar arasında isə hər 15 nəfərdən biri insult keçirmişdir.

Psixologiya professoru Mary Kate, “Tədqiqatımız göstərir ki, siqaret çəkmək, fiziki hərəkətsizlik, aşağı gəlir və təhsil səviyyəsi, diabet, depressiya və aşağı sosial dəstək kimi məlum risk faktorları nəzərə alınsa belə, valideynləri boşananların insult keçirmə şansı 100 faizdir".

Bu güclü əlaqənin diabet və depressiya kimi məlum insult risk faktorları ilə böyüklük baxımından oxşar olduğu ifadə edilir. Tədqiqatçılar on il əvvəl fərqli bir nümunə ilə oxşar tapıntılara nail olduqlarını da bildirirlər.

Tədqiqatçılar valideyn boşanması və insult arasında əlaqənin nə üçün mövcud olduğuna dair aydın izahat verə bilməsələr də, bioloji və sosial amillərin rol oynaya biləcəyini irəli sürürlər.

Toronto Universitetindən Prof. Esme Fuller-Thomson “Bioloji yer nöqteyi-nəzərindən, uşaqlıqda valideynlərin ayrılması stress hormonlarının davamlı yüksək səviyyədə olmasına səbəb ola bilər:

"Bu, inkişaf etməkdə olan beyinə və uşağın stresə cavab vermək qabiliyyətinə daimi təsir göstərə bilər".

Günel Məlikzadə


Избранный
6
news24.az

1Источники