RU

Azərbaycan İnvestisiya Şirkəti bir sıra mühüm layihələr həyata keçirməyi planlaşdırır

Gələcəkdə Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) xarici tərəfdaşlarla birlikdə iqtisadiyyatın strateji əhəmiyyətli sektorlarının gücləndirilməsi və innovativ həllərin tətbiqi ilə bir sıra mühüm layihələr həyata keçirməyi planlaşdırır.

Bu barədə Marja-ya AİŞ-dən bildirilib.

Qeyd edilib ki, Avstriyanın “Fibron Pipe” şirkəti ilə əməkdaşlıq çərçivəsində kompozit və paslanmayan polad boruların istehsalına başlanılacaq, bu layihə nəticəsində bazar yüksək keyfiyyətli məhsullarla təmin olunacaq.

Həmçinin, Avstriyanın “Grabher Group” şirkəti ilə birlikdə tibb və gigiyena kimi önəmli sahələrdə istifadə üçün beynəlxalq standartlara cavab verən qabaqcıl materiallara çıxışı təmin edəcək innovativ “ağıllı” tekstil məhsullarının istehsalı layihəsinin həyata keçirilməsi planlaşdırılır.

Bundan əlavə, AİŞ-in Çinin “BYD Auto Industry Co. Ltd.” şirkəti və “Electrify Azerbaijan” MMC ilə birgə əməkdaşlıq çərçivəsində Sumqayıt Kimya Sənaye Parkında elektrik avtobusların yığımı üzrə zavod inşa olunacaq. Bu isə ölkəmizdə ekoloji cəhətdən təmiz nəqliyyatın və maşınqayırmanın inkişafına mühüm töhfə verəcək.

Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə birlikdə təmiz enerji istehsalı üçün məişət tullantılarının təkrar emalı layihəsinin həyata keçirilməsi planlaşdırılır. 

Избранный
15
marja.az

1Источники