RU

Kolumbiya ABŞ-dan deportasiya uçuşlarını qəbul etməyə razılaşdı

Kolumbiya ABŞ-dan deportasiya edilən miqrantları daşıyan uçuşları qəbul etməyə razılaşıb. “RİA Novosti” xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

“Kolumbiya hökuməti ABŞ-dan qayıdan bütün qeyri-qanuni kolumbiyalı mühacirlərin məhdudiyyətsiz və ya gecikmə olmadan, o cümlədən ABŞ hərbi təyyarələri ilə məhdudiyyətsiz qəbulu da daxil olmaqla, Prezident Trampın bütün şərtləri ilə razılaşıb”.

Ağ Ev bildirib ki, razılaşmaya əsasən, Boqota müqaviləni pozmayınca ABŞ-ın Kolumbiyaya tətbiq etdiyi tariflər və sanksiyalar qüvvəyə minməyəcək. Eyni zamanda, Latın Amerikası ölkəsinə qarşı viza sanksiyalarının ABŞ-dan qovulmuş qeyri-qanuni mühacirləri daşıyan ilk təyyarə enənə qədər qüvvədə qalacağını qeyd ediblər.

Yanvarın 20-də ABŞ prezidenti Donald Tramp inauqurasiyadan sonra ilk çıxışında qeyri-qanuni mühacirlərin ABŞ-a girişini dayandıracağını, həmçinin milyonlarla miqrantı deportasiya edəcəyini vəd edib. Onun administrasiyası artıq sənədsiz miqrantların məhkəməsiz deportasiya edilməsinə icazə verib.

Yanvarın 26-da Kolumbiya prezidenti Qustavo Petro miqrantları daşıyan Amerika təyyarələrinin Kolumbiyaya daxil olmasını qadağan edib. O, Vaşinqtonu deportasiya edilmiş vətəndaşlarla cinayətkar kimi rəftar etməkdənsə, onlara ləyaqətlə yanaşmaq üçün “protokol yaratmağa” çağırıb. Sonradan məlum oldu ki, Kolumbiya Latın Amerikası ölkəsinə gedən iki ABŞ hərbi təyyarəsini göyərtəsində təxminən 160 deportasiya edilmiş miqrantla geri qaytarıb. Bunun fonunda Petro ölkədə qeyri-qanuni yaşayan 15,6 min amerikalıya müraciət edərək, onları miqrasiya statuslarını nizama salmağa çağırıb. Bundan sonra Tramp bildirib ki, Kolumbiya hakimiyyətinin hərəkətləri ABŞ-ın milli və ictimai təhlükəsizliyini təhdid edir və respublikadan gələn bütün mallara sanksiya və 25% rüsum tətbiq edib.

Almaz Həsənli

Избранный
7
25
oxumeni.az

10Источники