ABŞ Prezidenti Donald Tramp Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) yenidən üzv olmağı düşünə biləcəyini deyib.
“Cebheinfo.az” xəbər verir ki, Tramp Las-Veqasda keçirilən mitinqdə belə deyib.
Tramp ABŞ-nin imzaladığı fərmanla çıxdığını açıqladığı Ümumdünya Səhiyyə Təşkilatına qayıda biləcəyini bildirib.
Tramp çıxışında “ÜST-dən çıxdım, biz orada ildə 500 milyon dollar ödəyirdik və Çin daha çox əhalisinə baxmayaraq, 39 milyon dollar ödəyirdi, bəlkə yenidən üzv olmağı düşünə bilərik” deyib.