RU

Yeni ildən obyektlərin icarə qiymətləri artıb

Paytaxt və bölgələrdə yeni ildən etibarən qeyri yaşayış sahələri olan obyektlərdə icarə qiymətləri artıb.

Həftəlik.az “Xəzər Xəbər”-ə istinadən verdiyi məlumata görə aparılan araşdırmalar nəticəsində cari ildə obyektlərin ümumi icarə qiymətləri ötən illərə nisbətən 2 dəfə artıb.

Rieltorların bildirdiyinə görə, Tovuz rayonunda qeyri yaşayış obyektlərinin icarə qiymətləri sahəsindən asılı olaraq 250 manatdan başlayan qiymətlərlə dəyişir. Həmçinin onu da bildirdilər ki, hazırda ən çox tələb olunan sahələr qida və gözəllik mərkəzləri olduğu üçün bu məqsədlə icarəyə götürülən obyektlər daha aktualdır.

Qiymətləri daha yuxarı olan obyektlər isə mərkəzlərdə yerləşənlərdir. Onların qiymətləri sahələrindən asılı olaraq 3000 manata kimi qalxıb.

İsmayıllı rayonunda da eyni vəziyyətdir. Burada da qiymətlərdə artım müşahidə olunur. Rieltorların bildirdiyinə görə qiymətlər iaşə obyektinin sahəsi və yerləşdiyi məkana görə dəyişir.

Paytaxt Bakıda isə qiymətlərdə hətta 2-3 dəfə artım hiss olunur.

Əmlak eksperti Ramil Osmanlının sözlərinə görə, iaşə obyektlərində artımları yaradan bir neçə səbəb var:

“Əvvala hazırda tələb artıb. Bu da paytaxtda icarə qiymətlərinin 2-3 dəfə artmasına səbəb olub. Bundan başqa inflysiya və əmlakın öz qiymətinin artması da bu məbləğə öz təsirini göstərib”.

Ekspert həmçinin onu da qeyd edib ki, qeyri yaşayış yerlərinin icarə qiymətlərində daha çox artım hər yerdə olduğu kimi paytaxtda da əsasən mərkəzi yerlərdə özünü göstərir.

Müəllif: Türkan_zadə

Избранный
3
heftelik.az

1Источники