İsrail Livanda ələ keçirdiyi sovet və rus silahlarının Ukraynaya təhvil verilməsi imkanını nəzərdən keçirir.
Missiya.Az xəbər verir ki, bu barədə “The Telegrap” məlumat yayıb.
Bildirilir ki, artıq silahların çatdırılma prosesinin başladığına dair əlamətlər var.
2024-cü ildə İsrailin Livanda “Hizbullah”dan ələ keçirdiyi silahların təxminən 60%-nin SSRİ və ya Rusiya istehsalı olduğu qeyd olunub.
“Ələ keçirilən silahlar arasında Suriyanın devrilmiş Prezidenti Bəşər Əsəd rejimi dövründə Rusiyanın müttəfiqi olan Suriya tərəfindən Hizbullaha verilən snayper tüfəngləri və qabaqcıl Kornet tank əleyhinə raketlər də var”, - deyə vurğulanıb.
Daşqın HəsənovMissiya.Az