RU

Trampın ziddiyyətli bəyanatları

Trampın ziddiyyətli bəyanatları insanlarda çaşqınlıq yaradır, bəs gerçəkdən Trampın Rusiyaya qarşı gələcək siyasətini, Ukraynaya silah yardımın davam edib/etməyəcəyini, Rusiyaya qarşı sanksiyaları uzadıb/uzatmayacağını necə bilək? Bu məsələlərdə indikator rolunu nə oynayacaq?

Ukraynaya yardım məsələsində biz dəfələrlə Baydenin 15 aprel 2021-ci ildəki sərəncamına istinad etmişik, ona görə ki, məhz bu sərəncam Konqresin razılığı olmadan Ukraynaya silah yardımları göndərməyə və Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə imkan verirdi.

24 fevral 2022-ci ildən etibarən Rusiyaya qarşı tətbiq edilən bütün “cəhənnəm sanksiyaları” ABŞ Prezidenti Co Baydenin 15 aprel 2021-ci il tarixli 14024 nömrəli sərəncamı əsasında tətbiq edilib. Həmin fərmana əsasən ABŞ-da, Rusiyanın ABŞ-ın və onun müttəfiqlərinin milli maraqlarına zərər vuran fəaliyyətinə görə fövqəladə vəziyyət elan edilirdi.

Fövqəladə vəziyyət bir il müddətinə elan oluna bilər. Prezidentlər bunu lazım bildikləri halda sonsuz sayda dəfə uzada bilərlər, lakin hər dəfə yalnız bir il müddətinə. Co Bayden bunu 2022-ci, 2023-cü və 2024-cü illərdə öz fərmanları ilə bir il müddətinə uzadıb.

Trampın Rusiyaya qarşı sanksiyaları qüvvədə saxlayıb/saxlamayacağı və ya yeni sanksiyalar tətbiq edib/etməyəcəyi barədə ən dəqiq göstərici-indikator bu fövqəladə vəziyyətin uzadılıb/uzadılmayacağı olacaq. Yəni Baydenin 15 aprel 2021-ci il tarixli fərmanının qüvvədə saxlanılıb-saxlanılmaması əsas göstəricidir.

Tramp 14024 nömrəli sərəncamı uzatsa, deməli qətiyyətli addımılara hazırlaşır, uzatmasa, deməli bütün bəyanatları boş sözlər yığınıdır.

Politoloq Kamran Cəfərov

visiontv.az



Избранный
4
visiontv.az

1Источники