Milli Məclis yanında Toponimiya Komissiyasına sədr, müavin və katib seçilib.
Bununla bağlı komissiyanın bugünkü iclasında müzakirə aparılıb.
Toponimiya Komissiyasının sədri vəzifəsinə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, sədrin müavini vəzifəsinə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, komissiyanın katibi vəzifəsinə isə MM Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati ərazi və bələdiyyə məsələləri üzrə qanunvericilik sektorunun müdiri Cavid İsgəndərovun namizədliyi təklif olunub.
Komissiya üzvlərinin səsverməsindən sonra müvafiq qərar qəbul edilib. Beləliklə, Komissiyanın sədri İsa Həbibbəyli, sədr müavini Musa Quliyev, katibi isə Cavid İsgəndərov olub.
Milli Məclis yanında Toponimiya Komissiyasına yeni sədr seçiləcək.
Bununla bağlı Toponimiya komissiyası sədrinin, sədr müavininin və komissiya katibinin seçilməsi haqqında məsələ müzakirəyə çıxarılacaq.