RU

320 manatdan az pensiya alanlara VACİB XƏBƏR

Azərbaycanda pensiya məbləğlərinin indeksləşdirilməsi və artırılması ilə bağlı vətəndaşların suallarına Milli Məclisin deputatı Vüqar Bayramov aydınlıq gətirib. 2024-cü ildən etibarən pensiyalarla bağlı tətbiq ediləcək dəyişikliklər “Əmək Pensiyaları haqqında” qanuna uyğun olaraq həyata keçiriləcək.

320 manatdan az pensiya alanların artımı necə olacaq?

Deputat qeyd edib ki, 01 yanvar 2025-ci il tarixindən əvvəl əmək pensiyası hüququ qazanan və pensiya məbləği 320 manatdan az olan şəxslərin pensiyaları iki mərhələli mexanizmlə artırılacaq:

İndeksləşdirmə – Ötən ilin orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq pensiya məbləği artırılacaq.Məsələn, 2024-cü ildə orta aylıq əməkhaqqı 8% artıbsa, 310 manat pensiya alan şəxsin məbləği 334.8 manata yüksələcək.Birbaşa artım – Pensiya məbləği yeni minimum həddə (320 manata) uyğunlaşdırılacaq.

2025-ci ildən sonra pensiya hüququ qazanan və pensiyası 320 manatdan az olan şəxslərə birbaşa 14.3%-lik artım tətbiq ediləcək. Beləliklə, bu şəxslərin pensiyası minimum 320 manata çatdırılacaq və indeksləşdirmə tətbiq olunmayacaq.

“Əmək Pensiyaları haqqında” Qanuna əsasən:Pensiyalar hər il orta aylıq əməkhaqqı artım faizinə uyğun indeksləşdirilir.Bu artım yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyalarının hər bir növünə şamil olunur.

Избранный
21
bakuinfo.net

1Источники