RU

Azərbaycan İnvestisiya Şirkəti azad edilmiş ərazilərdə dörd layihəyə 44,8 milyon manat investisiya yatırıb

Bakı. Trend:

Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) işğaldan azad edilmişərazilərdə “yaşıl”, o cümlədən ölkənin regionlarının inkişafınayönəlmiş layihələrin həyata keçirilməsinə fəal şəkildə investisiyayatırır.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, şirkət işğaldanazad edilmiş ərazilərdə həyata keçirilən dörd layihənin inkişafetdirilməsinə və dirçəldilməsinə dəstək çərçivəsində 44,8 milyonmanat investisiya yatırır.

Bildirilib ki, AİŞ-in portfelində Türkiyənin “DemirörenHolding”i ilə birgə həyata keçirilən beş kiçik su elektrikstansiyasının bərpası layihəsinin də xüsusi önəmi var: “Bu layihəsu elektrik stansiyaların regionu bərpa olunan enerji ilə təminedərək ənənəvi enerji təchizatı mənbələrindən asılılığı azaltmasıilə AİŞ-in davamlı inkişafa sadiqliyini əks etdirir. Bundan əlavə,AİŞ-in Cəbrayıl rayonunda 240 MVt gücündə “Şəfəq” günəş elektrikstansiyasının tikintisi layihəsində iştirakı enerjiinfrastrukturunun inkişafı məqsədilə atılan mühüm addımdır. SOCARGreen və BP şirkətləri ilə birgə həyata keçirilən layihə işğaldanazad edilmiş ərazilərdə ən böyük “yaşıl” enerji layihələrindən biriolacaq”.

Избранный
10
az.trend.az

1Источники