RU

ABŞ-də "TikTok"un idarəçiliyi başqa şirkətə veriləcək?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-də süni intellekt texnologiyalarının inkişafı ilə məşğul olan "Perplexity AI" şirkəti "TikTok"un qısa videolarının yaradılması və baxılması servisi ilə birləşmə haqqında təkliflə çıxış edib ki, bu da "NewCo." adlı holdinqin yaradılmasını nəzərdə tutur.
Oxu.Az-ın xəbərinə görə, bu barədə CNBC teleşirkəti məlumat verib.
Məlumata görə, "Perplexity AI" həm "TikTok"un çinli sahibi "ByteDance", həm də potensial investorlara artıq yeni şərtləri göndərib. Yeni "NewCo." holdinq şirkətinin yaradılması ilə yanaşı, bu təklifin məqsədi, həmçinin ABŞ hökumətinə platformanın 50%-nə sahib olmaq imkanının verilməsidir.
Qeyd edək ki, "Perplexity AI" ilk dəfə yanvarın 19-da "TikTok"u əldə etmək istəyini açıqlayıb. İlkin təklif "TikTok" səhmdarlarının öz paylarını saxlamasını və Kaliforniyada yerləşən "Perplexity AI"yə xidmətin videoçarxlarına giriş imkanı verilməsini nəzərdə tuturdu. İndi "TikTok" səhmdarlarının yeni holdinqdə səhmlər əldə edə biləcəkləri ehtimal olunur.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp yaxın 30 gün ərzində "TikTok"un ABŞ-dəki taleyi ilə bağlı qərar vermək niyyətində olduğunu bildirib. ABŞ lideri, həmçinin "TikTok"un alınması ilə bağlı "çox nüfuzlu insanlar"la müzakirələr apardığını da qeyd edib. Trampın sözlərinə görə, bu sosial şəbəkənin ABŞ-li istifadəçilər üçün qorunub saxlanması iqtisadi baxımdan ABŞ üçün faydalı olacaq.
Избранный
22
50
oxu.az

10Источники