RU

Rəfail Becanov: “Paşinyan qorxmadığı Prezidentin, biz az zəif ordunun olduğunu hiss etsə...”

“Paşinyan özü haqqında demokratik imic, qərbli kimi düşünmək imici yaratmağa çalışsa da, açıqlamaları ilə özü də bu imici dağıdır. Onun digər sələflərindən fərqlənmədiyi fakt və reallıqdır. Paşinyan deyir ki, biz indi güclü olmadığımız üçün müharibə haqqında düşnüə bilmərik, amma gəlcəkdə, gücləndikdən sonra bütün məsələlərə baxıla bilər. Bu fikirlər Ermənistanın hansı məqsədlərlə silahlandığının Paşinyan tərəfindən etiraf edilməsidir”. 

Bunu “Cebheinfo.az” xəbər portalı və “Cümhuriyət” qəzetinin redaktoru Rəfail Becanov deyib. 

O bildirib ki, Ermənistanın Fransa, Hindistan və digər ölkələr tərəfindən silahlandırılmasının gerçək səbəbi də budur:

“Bəziləri Paşinyanın davranış və açıqlamalarına, apardığı siyasətin görünən tərəflərinə əsaslanaraq, onun əsl niyyətinin Rusiyanı bölgədən uzaqlaşdırılması olduğunu düşünür. Lakin mahiyyət bu deyil. Onlar üçün bölgədə hansı dövlətin hegemonluq etməsinin əhəmiyyəti yoxdur. Bu, Rusiya, Fransa və yaxud başqa bir dövlət olsun. Onlar üçün revanşizm xəyallarına kimin dəstək verəcəyi maraqlıdır. Müstəqil siyasi kursa malik olmadıqlarından, ayrı-ayrı zamanlarda müxtəlif ölkələrin "forpost"u olmağa adət etdiklərindən, indi də eyni siyasi kursa sadiqdirlər”. 

R.Becanov bildirib ki, Paşinyan demokratik rəhbər deyil, səlfələri kimi despotdur və çıxışlarında səsləndirdiyi “real Ermənistan” fikri də manipulyativ xarakterlidir:

“O da real yox, xəyali Ermənistan arzulayanlardan biridir. Bir zaman Ter-Petrosyan da özünü elə göstərməyə çalışırdı. Sonuncu müsahibəsi ilə həmin düşüncələrinin nə qədər irreal olduğunu sübut etdi. Yəni Paşinyan da sələfləri kimi revanşizm xəstəliyinin daşıyıcılarındandır. Əgər fürsət düşərsə, qorxmadığı Prezident, biz az zəif ordu və müqavimətin real olmadığını hiss etsə, revanşizmin də banisi olmağa çalışar. Sadəcə, bu gün qorxur! Azərbaycandan, onun ordusundan, Prezidentindən! Biz bu həqiqəti bilməliyik”.

“Cebheinfo.az”

Избранный
17
50
cebheinfo.az

10Источники