RU

Azadlığa çıxan hakim dəymiş ziyanı ödməyib? - Yeni DETALLAR

Xəbər verdiyimiz kimi, dələduzluqda təqsirli bilinərək dörd il altı aylıq həbsə məhkum edilmiş keçmiş məhkəmə hakimi Lətif Nəbiyev vaxtından əvvəl azadlığa buraxılıb.

Yayılan məlumatlara görə, məhkum şəxs hökm qanuni qüvvəyə minəndən sonra zərərçəkmişlərə dəymiş ziyanı tam ödəyib, onlarla barışıq əldə edib. Bundan əlavə, cəzadan azad edilmək üçün dövlət büdcəsinə ziyanın 25 faizi qədər ödəniş də edib.

Hakim bunu nəzərə alaraq, qanunun müvafiq maddəsinə əsasən qərar verib. Qərara əsasən, Lətif Nəbiyev vaxtından əvvəl cəzaçəkmədən azad edilib. O, cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

Modern.az-ın məlumatına görə, iş üzrə əsas zərərçəkmiş Azad İbrahimov Oxu.Az-a açıqlamasında dəymiş ziyanın ödənilmədiyini bildirib:

"Lətif Nəbiyev mənə 247 400 ABŞ dolları ziyan vurub, pulumu mənimsəyib. Məhkəmə şikayətimi qismən təmin edib. Yəni məhkəmə Lətif Nəbiyevin mənə 214 258 manat ödəməli olduğu barədə qərar çıxarıb. Xəbərləri indi gördüm, yazılıb ki, "zərərçəkmişlərə dəymiş ziyanı tam ödəyib". Zərərçəkmişlərdən biri də mənəm. Mənə bir qəpik də ödəməyib".

Məlumata görə, eyni iş üzrə digər zərərçəkmiş Rüstəm Abdullayevə dəymiş ziyan tam ödənilib və barışıq əldə edilib.

***

11:46

Dələduzluqda təqsirli bilinərək 4 il 6 aylıq həbsə məhkum edilmiş keçmiş məhkəmə hakimi Lətif Nəbiyev vaxtından əvvəl azadlığa buraxılıb.

Modern.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, Xəzər Rayon Məhkəməsi belə qərar qəbul edib.

Məhkum şəxs hökm qanuni qüvvəyə minəndən sonra zərərçəkmişlərə dəymiş ziyanı tam ödəyib, onlarla barışıq əldə edib. Bundan əlavə, cəzadan azad edilmək üçün dövlət büdcəsinə ziyanın 25 faizi qədər ödəniş də edib.

Hakim Emin Rüstəmov bunu nəzərə alaraq qanunun müvafiq maddəsinə əsasən qərar verib. 

Qərara əsasən, Lətif Nəbiyev vaxtından əvvəl cəza çəkmədən azad edilib. O, cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

Qeyd edək ki, L.Nəbiyev Bakı Apellyasiya Məhkəməsinin və Suraxanı Rayon Məhkəməsinin hakimi işləyib. Bir neçə nəfərin külli miqdarda pulunu dələduzluqla ələ keçirdiyi üçün 3 il əvvəl həbs edilmişdi. 

Избранный
6
39
modern.az

10Источники