RU

Vüqar Bayramov: "Pensiyalarda artım və indeksləşdirmə mexanizmi açıqlanıb"

Son günlər pensiyaların artırılması ilə bağlı suallar aktuallaşıb. Deputat Vüqar Bayramov açıqlayıb ki, 320 manatdan az pensiya alanların məbləği indeksləşdiriləcək, birbaşa artırılacaq və ya hər iki üsul tətbiq ediləcək.

QHT.az əsas məqamları təqdim edir:

  1. 2025-ci ildən əvvəl pensiya hüququ qazanmışlar: Pensiya məbləğləri indeksləşdirilərək orta aylıq əməkhaqqının artım tempinə (təxminən 8%) uyğun artırılacaq.
    • Məsələn, 310 manat alan şəxsin pensiyası 334.8 manata çatdırılacaq.
  2. 320 manatdan az qalanlar: İndeksləşmədən sonra minimum həddə çatmayan pensiyalar birbaşa artırılacaq.
    • 280 manat alan şəxsin pensiyası əvvəlcə indeksləşdirilib 302.4 manata, daha sonra 320 manata yüksəldiləcək.
  3. 2025-ci ildən sonra pensiya hüququ qazananlar: Pensiyalar birbaşa 320 manata çatdırılacaq.

Bütövlükdə, gələn aydan etibarən 320 manatdan az pensiya olmayacaq. Artımlar və indeksləşmələr “Əmək Pensiyaları haqqında” Qanuna əsasən həyata keçirilir.

Избранный
11
50
qht.az

10Источники