RU

200 şirkət daimi olaraq 4 günlük iş həftəsinə keçir




Böyük Britaniyada 200 şirkət daimi dörd günlük iş həftəsi kampaniyasına qoşulub.
İşçilərinin sayı 5 mini keçən bu şirkətlər həftənin dörd günü daimi işləmək prinsipini qəbul ediblər. Bildirilib ki, şirkətlərdə həftəlik iş saatı gəlir itkisi olmadan 32 saat olacaq.

Sözügedən şirkətlərdən 30-u marketinq, reklam və mətbuatla əlaqələr şirkətləri olduğu halda, onları 29 xeyriyyə və qeyri-hökumət təşkilatı, 24 texnologiya, internet texnologiyaları və proqram təminatı şirkəti, 22 məsləhət və idarəetmə şirkəti izlədi.

Dördgünlük iş həftəsi prinsipində iştirak edən 200 şirkətdən 59-u Londonda yerləşən şirkətlər idi.

aia.az
Tərcümə şöbəsi



Избранный
8
1
aia.az

6Источники