RU

İsveç Rus gəmisini həbs etdi - Sualtı kabelə ziyan vurmaqda şübhəli izlər

İsveç hakimiyyəti Baltik dənizində sualtı kabelə ziyan vurmaqda şübhəli bilinən Rusiyadan gələn "Vezhen" gəmisini saxlayıb.

Hurriyyet.az bildirir ki, bu barədə ölkənin təhlükəsizlik polisinin sözçüsü Qabriel Vernştedt deyib.

Onun sözlərinə görə, prokurorluq araşdırmalara başlayıb. Gəminin göyərtəsində İsveç hakimiyyət orqanlarının nümayəndələri var. Söhbət ibtidai istintaqın bir hissəsi kimi istintaq fəaliyyətlərindən gedir ” deyə Vernştedt izah edib .

Qeyd edək ki, yanvarın 24-də Malta bayrağı altında üzən “Vejen” gəmisi Rusiyanın Ust-Luqasından çıxıb və yanvarın 26-da İsveç və Latviya arasında sulardan keçib. Gəminin həbs edilməsi onu İsveçin ərazi sularına müşayiət etmək deməkdir.

Bundan əvvəl Latviyanın LSM portalı Baltik dənizinin dibi ilə Latviya ilə İsveç arasında çəkilmiş kabelin zədələndiyini bildirmişdi.

Ehtimal edilir ki, bu qopma xarici təsirlər nəticəsində baş vermiş ola bilər.

Yanvarın 26-da səhər saatlarında monitorinq sistemi Latviyada yerləşən Ventspils və İsveçin Qotland şəhərləri arasındakı ərazidə məlumatların ötürülməsində problemlər aşkarlayıb.

Bizimxeber.az

Избранный
5
hurriyyet.az

1Источники