RU

"Tramp administrasiyası ilə heç bir mesaj mübadiləsi aparılmayıb”- İran XİN

İranın xarici işlər nazirinin müavini Məcid Təxtrəvançi regional və beynəlxalq məsələlər, eləcə də Avropa və ABŞ-la danışıqlar ilə bağlı siyasi sualları cavablandırıb. 

Missiya.Az "Azad İran"a istinadən xəbər verir ki, Təxtrəvançi İranın hər zaman qonşuluq siyasətini təşviq etmək, eləcə də qonşu ölkələrlə uğurlu əlaqələrə malik olmağa çalışdığını bildirib. Nazir müavini, Tramp administrasiyası və onun mümkün siyasəti ilə bağlı planın olub-olmaması ilə əlaqədar verilən suala cavab olaraq deyib.

“Biz bu barədə düşünürük və müttəfiqlərimizlə məsləhətləşirik. Tramp İrana qarşı yenə “maksimum təzyiq” siyasətini tətbiq etmək istəsə, yenidən uğursuz olacaq. Bizim Trampla bağlı ideyalarımız və planlarımız var. Tramp administrasiyası ilə heç bir mesaj mübadiləsi də aparılmayıb”, - o bildirib.

Zərintac MayisqızıMissiya.Az

Избранный
22
missiya.az

1Источники