RU

Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması ilə bağlı iclas keçirilib (FOTO)

Bakı.Trend:

27 yanvar 2025-ci il il tarixində Biznes mühiti və beynəlxalqreytinqlər üzrə Komissiyanın rəhbərliyi Rəqəmsal İnkişaf vəNəqliyyat Nazirliyinin rəhbərliyini həyata keçirdiyi “Fizikiinfrastruktur” işçi qrupunun “Ekoloji təmiz və təhlükəsiz nəqliyyatvasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturununtəkmilləşdirilməsi üzrə” altqrupunun 2024-cü ilin yekunları və2025-ci il üzrə prioritet vəzifələrə həsr olunan iclasıkeçirilib.

Bu barədə Trend-ə RİİN-dənməlumat verilib

İclas çərçivəsində altqrupa üzv olan qurumlar tərəfindən YolXəritəsində nəzərdə tutulmuş tədbirlərin 2024-cü il üzrə icrasınınnəticələri barədə məlumat verilib. Bildirilib ki, Yol Xəritəsininəsas fəaliyyət istiqamətləri üzrə müəyyən edilmiş bütün tədbirlərötən dövr ərzində müvəffəqiyyətlə icra edilmiş, bir sıratədbirlərin icrası 2025-ci ildə də davam etdiriləcəkdir.

Yol Xəritəsinin icrası çərçivəsində qeyd olunub ki, bu sahədəmövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlərgörülmüş, elektrik mühərrikli avtobusların idxal gömrük rüsumu 01yanvar 2025-ci il tarixinədək “0”-a endirilmiş, elektrikavtomobillərinin ehtiyat hissələrinin keyfiyyətinə dair müasirtəcrübəyə uyğun milli standartlar qəbul edilmiş, mikromobillikinfrastrukturu yaradılmış, mikromobilliyə dair yeni anlayışlarqanunvericiliyə daxil edilmiş, elektromobillik üzrə Milli Planınlayihəsi hazırlanmış, ölkə ərazisində Elektrikdoldurmainfrastrukturu genişləndirilmiş, “İçərişəhər Dövlət Tarix Memarlıqqoruğu ərazisində nəqliyyat vasitələrinin sayını azaltmaq və dahayaxşı, təhlükəsiz mühit yaratmaq məqsədilə nəqliyyat vasitələriningirişinin məhdudlaşdırılması üzrə tədbirlərin icrasına başlanılmış,eləcə də Bakı şəhərində elektrik və ekoloji təmiz CNG avtobuslarıistismara verilmişdir.

İclasda həmçinin altqrupun 29.10.2024-cü il tarixli iclasınınProtokolunda qərara alınmış tədbirlərin icra vəziyyətinə dairmüzakirələr zamanı bildirilmişdir ki, Azərbaycanda elektrikdoldurmaxidmətinin normativ hüquqi bazası ilə bağlı mövcud vəziyyətaraşdırılmış, “Azərişıq” ASC tərəfindən Azərbaycanınelektrikdoldurma xidməti bazarı üçün Vahid Platforma hazırlanmış vəelektrikdoldurma xidməti göstərən bütün elektrikdoldurmaməntəqələrinin Vahid Platformaya inteqrasiyası üzrə işlərəbaşlanılmışdır.

İclas zamanı Azərbaycan avtomobil sektorunda mövcud vəziyyətinicmalı, tendensiyalar, çağırışlar və təkliflər mövzusunda təqdimatedilmiş, Azərbaycan avtomobil sektorunun sağlamlaşdırılması üçüntəkliflər verilmişdir.
Həmçinin təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsininstimullaşdırılması üzrə mövcud vəziyyət və çağırışlar mövzusundafikir mübadiləsi və altqrupunun 2025-cü il üçün Yol Xəritəsininhazırlanmasına dair müzakirələr aparılıb.

Ekoloji
Ekoloji
Ekoloji
Ekoloji
Ekoloji
Ekoloji
Избранный
8
32
az.trend.az

10Источники