RU

MDB baş katibi: Bizsiz Ermənistana çətin olacaq

Aİİ və MDB çərçivəsində əməkdaşlıq etmədən Ermənistan üçün çətin olacaq.

Yenisabah.az RIA Novosti-yə istinadla xəbər verir ki, bunu MDB baş katibi Sergey Lebedev deyib.

“Reallıq belədir: MDB ölkələri, Aİİ və MDB çərçivəsində əməkdaşlıq olmadan Ermənistan çətin anlar yaşayacaq. Ermənistan xalqı üçün əlavə fəsadlar və məşəqqətlər nəyə lazımdır?! MDB ölkələri və Belarus, mənim bildiyimə görə, Ermənistana bu qarşılıqlı əlaqəni saxlamağa kömək etməyə hazırdır”, - deyə Lebedev qeyd edib.

Ermənistanla ABŞ arasında bu yaxınlarda imzalanmış Strateji tərəfdaşlıq Xartiyası və İrəvanın Aİ-yə daxil olmaq planlarından danışan MDB-nin baş katibi bir çox sənədlərin imzalandığını, lakin sonradan həyata keçirilmədiyini qeyd edib:

“Çoxlu sənədlər imzalanıb, amma hamısı icra olunmur. Sonra həyat öz düzəlişlərini edir”.


Telegram kanalımız
Избранный
5
yenisabah.az

1Источники