Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin xarici işlər nazirləri Ukrayna münaqişəsi ilə bağlı yanvarın 31-də başa çatan Rusiyaya qarşı sanksiyaların müddətinin 6 ay müddətinə uzadılması barədə razılığa gəliblər. Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Avropa ölkələrindən birinin Aİ Şurasındakı nümayəndə heyətindəki mənbə məlumat verib. Bu məlumatı daha sonra Aİ diplomatiyasının rəhbəri Kaya Kallas da təsdiqləyib.