RU

Bu şirkətlərin işçiləri həftədə cəmi 4 gün işləyəcək

Bu şirkətlərin işçiləri həftədə cəmi 4 gün işləyəcək

İşçilərin iş-həyat balansını qorumaq və işəgötürənlərin məhsuldarlığını artırmaq üçün səylər bütün dünyada davam edir. AzPost xəbər verir ki, bu araşdırmalar nəticəsində İngiltərədə əhəmiyyətli bir qərar alınıb.

Böyük Britaniyada fəaliyyət göstərən 4 Günlük Həftə Fondu tərəfindən həyata keçirilən kampaniyaya ölkə daxilində müxtəlif sektorlardan 200 şirkət qatılıb. Bildirilib ki, şirkətlərdə həftəlik iş saatı gəlir itkisi olmadan 32 saat olacaq.

Sözügedən şirkətlərin 30-u marketinq, reklam və mətbuatla əlaqələr şirkəti olduğu halda, bunu 29 xeyriyyə və qeyri-hökumət təşkilatı, 24 texnologiya, internet texnologiyaları və proqram təminatı, 22 məsləhət və idarəetmə şirkətidir. Dördgünlük iş həftəsi prinsipində işləyəcək şirkətlərdən 59-u Londonda yerləşir.

 

Избранный
6
azpost.info

1Источники