Bakı, TurkicWorld
Qazaxıstanın Kostanay vilayətində SARS və digər ölümcül viruslara yoluxma sayı artıb.
TurkicWorld xəbər verir ki, bu barədə Kostanay vilayətinin Sanitariya-Epidemioloji Nəzarət İdarəsi məlumat verib.
Məlumata əsasən, epidemiya mövsümünün əvvəlindən Kostanay vilayətində 73,2 min SARS-a yoluxma halı qeydə alınıb. Bu, ötən illə müqayisədə 12 min nəfər çoxdur.
"46 A(H1N1) qrip virusu da müəyyən edilmişdir. Onlardan 17-si 14 yaşa qədər uşaqlar arasında olub. 10 nəfər metapnevmovirusa yoluxub, onlardan 7-si uşaqdır”, - deyə qeyd edilib.
Qeyd edək ki, Çimkənddə də SARS-a yoluxma halları artıb.