RU

Bu yazıları oxuya bilənə 1 milyon veriləcək

Hindistanın Tamil Nadu əyalətində tapılan yazılar barədə mükafat elan olunub. Metbuat.az xəbər verir ki, dövlət mətni oxuya bilən hər kəsə 1 milyon dollar veriləcəyini açıqlayıb. Məlumata görə, dünyanın hər yerindən insanlar yazını oxumaq üçün növbəyə düzülüb. Tamil Nadun hökumətindən bildirilib ki, yazıların sirrini açmaq hələlik mümkün olmayıb. Hind Vadisi Sivilizasiyasının kəşfinin 100-cü ildönümü tədbirində rəsmilər qeyd edib ki, bir vaxtlar böyük sivilizasiya olan Hind Vadisinin yazılarını hələ də oxumaq mümkün olmayıb. Arxeoloqlar, alimlər və dilçilər bu yazıların sirləini açmaq üçün səy göstərirlər.

Bildirilib ki, Tamil mədəniyyətinin qədim keçmişini üzə çıxarmaq üçün çalışan numizmatları (sikkə mütəxəssisləri) və epiqrafistləri (yazıçılar) şərəfləndirmək və həvəsləndirmək üçün daha iki mükafat veriləcək.

Избранный
2
6
metbuat.az

9Источники