Omsk şəhərinin Leninski Rayon Məhkəməsi yoldan keçəni qətlə yetirməkdə təqsirli bilinən 45 yaşlı “dvornik” ciddi rejimli cəzaçəkmə müəssisəsində doqquz il on ay müddətinə azadlıqdan məhrum edib.
SİA-nın məlumatına görə, bu barədə Lenta.ru-ya vilayət prokurorluğu məlumat verib.İstintaq və məhkəmə müəyyən edib ki, 2022-ci il sentyabrın 25-də səhər saatlarında şifahi münaqişə zamanı həmin şəxs tanımadığı şəxsin qarnından bıçaqla xəsarət yetirib.
Yaralını xilas etmək mümkün olmayıb.
“Dvornik”Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsi (“Səhlənkarlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma”) ilə ittiham olunub.
O, təqsirini boynuna almayıb və zərərçəkənin qanının təsadüfən iş paltarına keçdiyini bildirib. Lakin münsiflər heyəti həmin şəxsi məhkum edib.
Nazlı Almuradova