RU

Ermənistanda rus sərhədçilərinin məsələsi qarışdı…

Image

Vaşinqtonla strateji tərəfdaşlıq sazişi imzalayan İrəvan Ermənistanın İran və Türkiyə ilə sərhədində rus sərhədçilərini çıxarmağı hədəfləyir. Ölkənin xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan bu xüsusda konkret danışıb. 

O bildirib: “Rusiya sərhədçiləri Ermənistandan çıxarılacaq. İrəvan Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərini qoruyan Rusiya hərbçilərini bu missiyadan azad etməyi planlaşdırır. İdeal dünyada hər bir ölkə öz sərhədinə nəzarət edə bilməlidir”.

Bu bəyanat İrəvan və Vaşinqton arasında strateji tərəfdaşlıq sazişi fonunda verilib və bu saziş çərçivəsində respublikada ABŞ-ın sərhəd-patrul dəstəsi peyda olacaq. O da qeyd olunur ki, İrəvan artıq bu məsələ ilə bağlı Tehranla danışıqlar aparıb. Hovhannisyanın sözlərinə görə, İran tərəfi narahatçılıq nümayiş etdirməyib. İrəvanın diplomatik nümayəndəsi ABŞ-ın yardımının Rusiya bölmələrinin çıxarılmasına yönəməsi ilə bağlı suala da müsbət cavab verib.  Qeyd edək ki, bu ilin yanvarından Ermənistan-İran sərhədindəki “Aqarak” keçid məntəqəsində Rusiyadan olan sərhədçilər artıq xidmət göstərmir. Rusiyalı analitiki Andrey Petrovun qeyd etdiyi kimi, İrəvanın FTB sərhəd xidmətlərindən tamamilə imtina etməsi, şübhəsiz ki, Moskvada sərt reaksiyaya səbəb olacaq və Ermənistanın Rusiyaya qarşı radikal düşmən addımı kimi qəbul ediləcək: “Ermənistan deyə bilər ki, bunda xüsusi heç nə yoxdur, çünki əvvəllər Rusiya sərhədçiləri Türkiyə və İran sərhədlərini mühafizə edirdilər, ona görə ki, İrəvan maksimum güc resurslarını Azərbaycan ərazilərini işğal etməyə yönəldirdi. İndi isə belə bir tapşırıq yoxdur və bəzi əsgərlər sərhəd qoşunlarına köçürülə bilər.  Moskvada heç kim rus sərhədçilərinin respublikadan çıxarılmasının əsl səbəbinun bu  olduğuna inanmayacaq, çünki məğlubiyyət və Ermənistan qoşunlarının Azərbaycandan çıxarılması bu qərarın yeganə konteksti deyil və müəyyənedicilikdən uzaqdır. Müəyyənedici kontekst Ermənistanın Rusiya Federasiyası ilə hərbi əməkdaşlığı azaltmaq üçün atdığı addımlar zənciridir. Birincisi, respublikanın KTMT-də iştirakının “dondurulması” təşkilatın büdcəsinə illik ödənişlərin dayandırılması, sonra isə hər hansı birgə fəaliyyət uzaq durukması baş verir.  Rusiya sərhədçilərinin “Zvartnots” hava limanından çıxarılması və Ermənistan-İran sərhədindəki yeganə sərhəd keçid məntəqəsi “Aqarak”la bağlı baş verənlər də planın tərkib hissəsidir. Yeri gəlmişkən, oradakı məqsədlər bəlli idi: Ermənistana Rusiyaya nəzarət etmək lazım deyil. “Zvartnots” və “Aqarak” vasitəsilə yüklərin daşınması və bunun da hansı yük olduğunu təxmin etməyə ehtiyac yoxdur - bunlar silahkardır. Həmin silahlar “Zvartnots” vasitəsilə Qərbdən, “Aqara”k vasitəsilə Hindistandan tranzitlə İrandan gətirilir. İrəvan bunları Moskvadan gizlətmək istəyir. Onları Moskvadan gizlətmək üçün FTB sərhəd xidmətindən  İran və Türkiyə ilə sərhəddə imtina olunur. Bunun başqa məqsədi də var - Rusiya ilə münasibətlərin səviyyəsini aşağı salmaq”. Ekspert qeyd edir ki, Ermənistan müəyyən səbəbə görə Rusiya ilə hərbi əlaqələri azaldır, eyni zamanda bu sahədə Qərblə, xüsusən də Fransa və ABŞ-la əməkdaşlığı artırır: “Hovannisyanın bəyanatı göstərir ki, Rusiya sərhədçilərinin çıxarılması Amerika təhlükəsizlik qüvvələri ilə qarşılıqlı əlaqə ilə müşayiət olunacaq. Avropa İttifaqının və Kanadanın təhlükəsizlik xidmətləri artıq Ermənistanın Azərbaycanla sərhədində yerləşiblər. Ermənistan hakimiyyətinin bu qərarını Moskvaya ermənilərin düşmənçiliyindən başqa cür izah etmək olmaz. Bu, hələ Rusiya-Ermənistan münasibətlərində geri dönüş nöqtəsi deyil, böyük ehtimalla belə bir məqam Gümrüdəki 102-ci Rusiya hərbi bazasının bağlanması tələbi olacaq. Lakin artıq baş verənlər Rusiya rəhbərliyi üçün daha sərt addımlar atmaq üçün stimuldur. İrəvan Aİİ-yə üzvlükdən və Rusiya bazarında azad ticarətdən böyük fayda əldə edir, lakin MDB platformasında Rusiya Federasiyası ilə demək olar ki, heç bir əlaqəsi yoxdur, KTMT-də iştirakını “dondurub”.  Sərhədçilərin çıxarılması isə Ermənistanın  Avropa İttifaqına inteqrasiyaya hazırlaşdığı, NATO silahlarını satın aldığı və hətta ABŞ-la strateji ortaqlıq müqaviləsi imzaladığı dövrə təsadüf edir. İndiyə qədər hər şeydən qaçan Ermənistan Rusiyanın səbrinin sərhədlərini axtarmağa davam edir, amma səhədçilər məsələsi bəlkə də Nikol Paşinyanın bu eksperimentlərində sonuncusu ola bilər”. Digər rusiyalı politoloq Sergey Markedonov xatırladır ki, bu günlərdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvaya səfər edib: “Ermənistan xarici işlər nazirinin səfəri Ermənistanın Qərbə doğru “son dönüşü”nün növbəti müzakirəsi fonunda baş tutub. Səfərdən bir müddət əvvəl Vaşinqtonla İrəvan arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb. Bu hadisədən bir neçə gün əvvəl Ermənistan milli hökuməti “Avropa İttifaqına üzvlüyün başlanması haqqında” layihəni parlamentə göndərib. Buna Ermənistan hakimiyyəti nümayəndələrinin KTMT ilə bağlı davamlı sərt bəyanatlarını və Ermənistanın bu inteqrasiya strukturunda iştirakının faktiki olaraq “dondurulması”nı da əlavə etsək, “yağlı boyalı mənzərə” ortaya çıxır. Lakin Mirzoyan Rusiyaya gedir. O, təkcə getmir, rusiyalı həmkarı Sergey Lavrovun dəvəti ilə Moskvaya səfər edir. Danışıqlardan sonra erməni nazir xüsusi olaraq vurğulayıb ki, oxşar formatda sonuncu dəfə 2023-cü ilin iyulunda görüş keçirilib. Bu o deməkdir ki, uzun fasilə başa çatıb. “Ermənistan Rusiya ilə səmərəli siyasi dialoqun davam etdirilməsində maraqlıdır”, - deyə Mirzoyan sözlərini yekunlaşdırıb. Nazirlər son illər ikitərəfli münasibətlərdə də müsbət cəhətlər aşkar ediblər, xüsusən də iqtisadi əməkdaşlıq üzrə ikitərəfli hökumətlərarası komissiyanın 23-cü iclasının Moskvada keçirilməsi müzakirə olunub. Nəticədə Sergey Lavrov Ararat Mirzoyanın Ermənistana səfər dəvətini qəbul edib. Dialoqun davam etdirilməsində açıq maraq var. Ancaq müəyyən bir seçicilik göz qabağındadır. Nazirlər ikitərəfli ticarətin artımını vurğuladılar”. Rusiyalı politoloq qeyd edib ki, əslində, İrəvanın Avropa İqtisadi Birliyində iştirakla bağlı heç bir xüsusi şikayəti yoxdur: “Bu vəziyyətdən iki çıxış yolu var. İkitərəfli münasibətlərdə ağrılı nöqtələrin olduğunu etiraf edərək, diplomatik terapiya seansına başlamaq. Və ya əksinə, yaraları qaşımağa başlamaq”.

Ramil QULİYEV





Избранный
15
38
baki-xeber.com

10Источники