RU

“Barselona” XXI əsrin şəxsi məhsuldarlıq rekorduna imza atdı

İspaniya La Liqasının 21-ci turunda “Valensiya” üzərində 7:1 hesablı ev qələbəsi “Barselona” üçün rekordla əlamətdar olub.

Arena.az məlumat verir ki, alman mütəxəssis Hans-Diter Flikin “blauqrana”sı bu oyunda XXI əsrin şəxsi məhsuldarlıq rekordunu müəyyənləşdirib.

“Barsa” cari mövsümdə bütün yarışlar çərçivəsində keçirdiyi 32 oyunda 100 qolluq həddi aşaraq 101 qol vurub ki, bu da XXI əsrdə mütləq rekorddur.

Kataloniya klubunun mütləq rekordu isə argentinalı mütəxəssis Elenio Erreranın “baluqrana”sının ifasında gerçəkləşib. 1958/1959-cu illər mövsümündə Erreranın “Barselona”sı 100 qolluq həddə 31 oyunda çatıb.

21 oyundan 42 xal toplamış “Bars” İspaniya La Liqasının yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Избранный
23
11
arena.az

10Источники