Böyük Britaniya Belarus Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenkoya sanksiya tətbiq edib.
Axar.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin rəsmi saytında məlumat verilib.
Məlumatda bildirilib ki, ölkədə keçirilən seçkilər beynəlxalq standartlara cavab verməyib.
Qeyd edək ki, Belarusda 26 yanvarda keçirilən prezident seçkilərində Lukaşenkodan başqa dörd namizəd iştirak edib. Liberal Demokrat Partiyasının lideri Oleq Qaydukeviç 2,02%, sahibkar Anna Kanopatskaya - 1,86%, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Sırankov 3,21%, Respublika Əmək və Ədalət Partiyasının sədri Aleksandr Xijnyak isə 1,74% səs toplayıb.