RU

Sobolenko Serenanın rekordunu təkrarladı

Yanvarın 12-də start götürən Avstraliya Açıq Çempionatı həlledici mərhələyə qədəm qoyub.

1/8 finalda Mirra Andreyevanı darmadağın edən Arina Sobolenko 2004-cü ildən bəri hard örtükdə keçirilən “Böyük dəbilqə” turnirlərində ardıcıl 18 qələbə qazanan ən gənc tennisçi oldu. Sonuncu dəfə bunu amerikalı Serena Uilyams (2002-04) bacarmışdı.

Bu mərhələdə Belinda Bençiçi məğlub edən amerikalı Kori Qauff isə oyunun ardından kameranın üzərinə maraqlı mesaj yazıb: “Rahat uyu, TikTok”. Dünyanın 3-cü raketkası vətənində “TikTok” sosial şəbəkəsinin fəaliyyətinin dayandırılmasına belə reaksiya verib.

Novak Cokoviç də qələbə uğrunda mübarizəni davam etdirir. Serbiyalı ulduz 1/8 finalda çexiyalı İrji Leqeçkanın öhdəsindən gəlib. 37 yaşlı Cokoviç ardıcıl 20 mövsüm “Böyük dəbilqə” turnirlərindən ən azı birində 1/4 finala adlayan 2-ci tennisçidi. Əvvəllər bu uğura Rocer Federer nail olub.

Cokoviç Leqeçka üzərində qələbədən sonra müsahibə verməkdən imtina edib. Mikrofonu əlinə alan tennisçi yalnız publikaya minnətdarlıq etməklə kifayətlənib ki, bu da haqlı narazılıq doğurub:

“Bu gün burda olduğunuza görə çox sağ olun. Sizin dəstəyinizi dəyərləndirirəm. Növbəti mərhələdə görüşərik”.

Cokoviçin 1/4 finalda Karlos Alkarasla qarşılaşacağını da xatırladaq.

Kişilər
1/16 final

Mikelsen (ABŞ) - Xaçanov (Rusiya, 19) 6:3, 7:6 (7:5), 6:2
Şelton (ABŞ, 21) - Muzetti (İtaliya, 16) 6:3, 3:6, 6:4, 7:6 (7:5)
De Minaur (Avstraliya, 8) - Çerundolo (Argentina, 31) 5:7, 7:6 (7:3), 6:3, 6:3
Tyen (ABŞ) - Mute (Fransa) 7:6 (12:10), 6:3, 6:3
Soneqo (İtaliya) - Marojan (Macarıstan) 6:7 (3:7), 7:6 (8:6), 6:1, 6:2
Monfis (Fransa) - Frits (ABŞ, 4) 3:6, 7:5, 7:6 (7:1), 6:4
Sinner (İtaliya, 1) - Giron (ABŞ) 6:3, 6:4, 6:2
Rune (Danimarka, 13) - Ketsmanoviç (Serbiya) 6:7 (5:7), 6:3, 4:6, 6:4, 6:4

1/8 final
Pol (ABŞ, 12) - Davidoviç Fokina (İspaniya) 6:1, 6:1, 6:1
Alkaras (İspaniya, 3) – Dreyper (B.Britaniya, 15) 7:5, 6:1 imtina
Soneqo (İtaliya) – Tyen (ABŞ) 6:3, 6:2, 3:6, 6:1
Sinner (İtaliya, 1) - Rune (Danimarka, 13) 6:3, 3:6, 6:3, 6:2
Zverev (Almaniya, 2) - Umber (Fransa, 14) 6:1, 2:6, 6:3, 6:2
Cokoviç (Serbiya, 7) – Leqeçka (Çexiya) 6:3, 6:4, 7:6 (7:4)
De Minaur (Avstraliya, 8) - Mikelsen (ABŞ) 6:0, 7:6 (7:5), 6:3
Şelton (ABŞ, 21) - Monfis (Fransa) 7:6 (7:3), 6:7 (3:7), 7:6 (7:2), 1:0 imtina

Qadınlar
1/16 final

Kudermetova (Rusiya) - Haddad Mayya (Braziliya, 15) 6:4, 6:2
Rıbakina (Qazaxıstan, 6) - Yastremskaya (Ukrayna, 32) 6:3, 6:4
Svitolina (Ukrayna, 28) - Paolini (İtaliya, 4) 2:6, 6:4, 6:0
Navarro (ABŞ, 8) - Jaber (Tunis) 6:4, 3:6, 6:4
Şventek (Polşa, 2) - Radukanu (B.Britaniya) 6:1, 6:0
Lis (Almaniya) – Kristian (ABŞ) 4:6, 6:3, 6:3
Kasatkina (Rusiya, 9) - Putintseva (Qazaxıstan, 24) 7:5, 6:1
Kis (ABŞ, 19) - Kollinz (ABŞ, 10) 6:4, 6:4

1/8 final
Pavlyuçenkova (Rusiya, 27) - Vekiç (Xorvatiya, 18) 7:6 (7:0), 6:0
Sobolenko (Belarus, 1) - M.Andreyeva (Rusiya, 14) 6:1, 6:3
Qauff (ABŞ, 3) - Bençiç (İsveçrə) 5:7, 6:2, 6:1
Badosa (İspaniya, 11) - Daniloviç (Serbiya) 6:1, 7:6 (7:2)
Svitolina (Ukrayna, 28) - Kudermetova (Rusiya) 6:4, 6:1
Kis (ABŞ, 19) - Rıbakina (Qazaxıstan, 6) 6:3, 1:6, 6:3
Navarro (ABŞ, 8) - Kasatkina (Rusiya, 9) 6:4, 5:7, 7:5
Şventek (Polşa, 2) - Lis (Almaniya) 6:0, 6:1
Избранный
32
2
football-plus.az

8Источники