RU

Lassana Ndiaye “Kəpəz”i erkən tərk etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz” klubu malili hücumçu Lassana Ndiaye ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, klub qarşılıqlı razılıq əsasında Lassana Ndiayenin müqaviləsinə xitam verib. Xidmətlərinə görə futbolçuya təşəkkür edən Gənc təmsilçisi ona gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Lassana Ndiaye “Kəpəz”ə 2024-cü ilin yayında Bolqarıstanın “Botev” (Vratsa”) klubundan azad agent kimi keçmişdi. 24 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanmışdı. Amma tərəflər bu əməkdaşlığı erkən sonlandırmağa qərar veriblər.

Ndiaye “Kəpəz”in heyətində cari mövsümdə 15 oyuna çıxıb. Malili hücumçu bu görüşlərdə 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Malinin “Quidars” klubunun yetirməsi karyerası ərzində ÇSKA (Moskva), “AFC Eskilstuna”, “Veles”, “Tekstilşik” (İvanovo), “Arda”, “Radniçki” kimi klublarda da forma geyinib. Malinin U-17 və U-20 yığmalarında oynamış futbolçuya əsas millidə debüt şansı verilməyib.

Xatırladaq ki, “Kəpəz” Lassanadan öncə Orxan Əliyevlə (“Turan Tovuz”) də yollarını ayırmış, Mahir Həsənovu isə “Difai”yə icarəyə vermişdi. Əvəzində Gəncə klubu heyətini Rati Ardazişvili (“Samtrediya”, Gürcüstan), Şervoni Mabatşoev (“İstiklol”, Tacikistan) və Trent Buhaqyarla (“Breşiya”, İtaliya) gücləndirib.

Избранный
16
10
arena.az

10Источники