RU

Ürəyi sağlam saxlamaq üçün nə yeməli?

“Rossiya 1” telekanalında yayımlanan “Ən vacibi haqqında” verilişində ürəyə ən çox faydalı təsir göstərən məhsulların adı açıqlanıb.

Mütəxəssislərin fikrincə, bunlar, ilk növbədə, qan damarlarına və xolesterin mübadiləsinə faydalı təsir göstərən tərəvəz və meyvələr, xüsusilə yaşıl olanlardır. Onlar hesab edirlər ki, sağlam tərəvəzlərin kralı brokolidir.

Həkimlər struktur olaraq statinlərə bənzər bir maddəyə malik olan qırmızı düyünü xüsusilə qeyd ediblər. "Pis" xolesterini azaltmaqda bu məhsul çox faydalıdır. Bundan əlavə, ürək üçün sağlam qidalar sırasına dəniz balığı, qoz-fındıq, quru meyvələr, bitki yağları, üzüm, yaşıl çay və qəhvə daxildir.

Nubar Süleymanova, “İki sahil”

Избранный
16
ikisahil.az

1Источники