Mərhum aktrisa Çimnaz Sultanova ölümündən əvvəl iştirak etdiyi verilişdə şəxsi həyatı ilə bağlı maraqlı məqamları bölüşüb.
Sonxeber.az bizimshow-ya istinadən xəbər verir ki, o, yoldaşının azərbaycanlı olduğunu və Almaniyada professor kimi fəaliyyət göstərdiyini qeyd edib. Aktrisa bildirib ki, yoldaşı ilə rəsmi şəkildə ayrılıblar:
"Yoldaşım uşağın atasıdır, o, Almaniyada fizika, yer üzü və kosmik elmlərlə məşğuldur. Biz artıq rəsmi olaraq ayrılmışıq."
Çimnaz Sultanova, həmçinin yoldaşını uşaqlığından tanıdığını vurğulayıb: "Onun qardaşı atamın yaxın dostu olub. Məni hələ 5 yaşımda tanıyırdı."
Aktrisa ailə həyatı ilə bağlı detalları paylaşarkən öz hisslərini və keçmiş xatirələrini auditoriya ilə bölüşüb. Onun bu səmimi açıqlamaları izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.