RU

7 milyon avro təzminat ödədi, yığmanın qapıçısını rənglərinə bağladı

"Bavariya" heyətini yeni qapıçı ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Münhen təmsilçisi "Köln"dən Yonas Urbiqi transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Bavariya" alman qolkiper üçün 7 milyon avro təzminat ödəyib. 21 yaşlı futbolçu ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Yonas Urbiq "Köln"ün yetirməsidir. Almaniya U-21 millisinin üzvü bu mövsüm 2-ci Bundesliqa təmsilçisinin heyətində 11 rəsmi matçda meydana çıxıb və qapısında 22 qol görüb.

Избранный
16
21
sportinfo.az

10Источники