Kolumbiya Prezidenti Qustavo Petro bəyan edib ki, Kolumbiya aviasiyası ABŞ tərəfindən deportasiya edilən respublika vətəndaşlarını vətənlərinə çatdıracaq.
APA xəbər verir ki, dövlət başçısı bu barədə “X” hesabında yazıb.
Onun sözlərinə görə, həmyerliləri ölkəyə qandalsız gələcəklər.
“Bu yanaşma deportasiya edilənləri ləyaqətinə hörmət edilməsi məqsədilə Kolumbiya vətəndaşlarını deportasiya edən bütün ölkələrə şamil ediləcək”, - Petro vurğulayıb.