Sanitariya normalarına müvafiq olaraq ventilyasiya və işıqlanma, qazla çirklənməyə avtomatik nəzarət qurğularının qurulması şərtilə qazın təzyiqi 0,6 MPa-a qədər olan yanar qaz kəmərlərinin (təbii, neftdən ayrılan, qarışıq süni və mayeləşdirilmiş karbohidrogen) kanallarda və tunellərdə digər boru kəmərləri və rabitə kabellərilə birlikdə yerləşdirilməsinə yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.
Kanal və tunellərdə aşağıdakıların birgə yerləşdirilməsinə yol verilmir:
– yanar qaz kəmərlərinin, kanalın və ya tunelin özünün işıqlandırılması üçün kabellər istisna olunmaqla, elektrik güc və işıq kabelləri ilə;
– maye qaz, oksigen, azot və soyutma sistemlərinin boru kəmərləri, tezalışan, uçucu kimyəvi kəskin və zəhərli maddələri nəql edən boru kəmərləri və məişət kanalizasiyası ilə istilik şəbəkələri ilə;
– tezalışan və yanar mayelərin boru kəmərlərinin elektrik güc və rabitə kabelləri, yanğın əleyhinə su kəmərləri və özaxınlı kanalizasiya boru kəmərləri ilə;
– oksigen boru kəmərlərinin yanar qaz boru kəmərləri ilə, tezalışan və yanar maye boru kəmərlərinin zəhərli maye nəql edən boru kəmərləri və elektrik güc kabelləri ilə.