RU

Belçika millisinin sabiq futbolçusu həbs olunub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Belçika millisinin sabiq futbolçusu Raca Naynqolan həbs edilib.
Oxu.Az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi narkotik maddələrin kontrabandasında şübhəli hesab olunur.
O, Cənubi Amerikadan Avropaya gətirilən kokainin Antverpen limanına çatdırılması ilə bağlı həbs edilib.
Qeyd edək ki, "İnter"lə İtaliya çempionu olan Naynqolan "Roma", "Kalyari" və "Spal"da da çıxış edib. 2024-cü ilin sonlarında adı Azərbaycanın I Liqasında mübarizə aparan "Karvan"la hallanan Naynqolan vətənində "Lokeren Temse"yə keçib.
Избранный
30
3
oxu.az

10Источники