RU

Netanyahu gələn həftə Vaşinqtonda Trampla görüşə bilər

İsrailin Baş naziri Benyamin Netanyahu gələn həftə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşməyə ümid edir. SİA xəbər verir ki, bu barədə “Associated Press” agentliyi Amerika rəsmilərinə istinadla məlumat yayıb.

“Rəsmilər Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkoffun bu həftə Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə səfəri zamanı təfərrüatların dəqiqləşdirilə biləcəyini bildiriblər”, - nəşr yazıb.

Agentlik qeyd edir ki, səfər bu müddət ərzində baş tutarsa, Netanyahu keçən həftə vəzifəsinin icrasına başlayan Trampla Ağ evdə görüşən ilk xarici ölkə lider ola bilər.

ABŞ administrasiyası bu məlumatı şərh etməyib. Netanyahunun sözçüsü Ömər Dostri yanvarın 27-də X sosial şəbəkəsində yazıb ki, İsrail lideri hələ də Ağ evə rəsmi dəvət almayıb.

Bununla belə, İsrailin adını açıqlamasını istəməyən rəsmisi agentliyə deyib ki, Netanyahunun Ağ evə fevralda gələcəyi gözlənilir, lakin konkret tarix açıqlamayıb.

Vitkoff bazar günü bildirib ki, İsrail və HƏMAS arasında atəşkəs razılaşması üzərində işləməyə davam etmək üçün yanvarın 29-da İsrailə gedəcək. Hazırda atəşkəsin birinci mərhələsi həyata keçirilir.

Избранный
13
sia.az

1Источники