Access Bank
IFRS üzrə Aparıcı Mütəxəssis
Son tarix 27 fev 2025 – Müraciət et
Təsvir
- Bankın IFRS üzrə aylıq hesabatlarının hazırlanması;
- Daxili və xarici yoxlamalar zamanı dəstək;
- Maliyyə hesabatlarının nəzərdən keçirilməsi/yoxlanması zamanı xarici audit tələblərinin yerinə yetirilməsi;
- Bankın illik və aylıq maliyyə hesabatlarının hazırlanması ilə məşğul olmaq;
- Bankın struktur bölmələrindən kənar audit sorğularına və məlumat sorğularına cavab olaraq xarici auditə sənədlərin və məlumatların verilməsini əlaqələndirmək;
- IFRS standartlarına uyğun olaraq illik maliyyə hesabatlarına lazımi düzəlişlər etmək;
- Şöbənin fəaliyyəti ilə bağlı bəzi daxili və SQL hesabatlarından məlumatların toplanması və təhlili;
- Yeni məlumatlar əldə etmək və hesabat hazırlamaq üçün İT şöbəsi ilə əməkdaşlıq etmək;
- Bankın Mühasibat Departamenti, eləcə də bankın digər şöbə və bölmələri ilə müsbət və səmərəli əməkdaşlığın təmin edilməsi.
Tələblər
- Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya oxşar sahə üzrə ali təhsil;
- IFRS üzrə sertifikatlaşdırma üstünlükdür;
- Mühasibatlıq sahəsində əlavə beynəlxalq sertifikatlar (ACCA, CPA və s.) üstünlükdür;
- Mühasibatlıq, maliyyə və ya maliyyə hesabatları sahəsində minimum 2-3 illik iş təcrübəsi;
- IFRS standartları ilə işləmək təcrübəsi;
- Audit və ya konsaltinq təcrübəsi (məsələn, Big Four şirkətlərində iş təcrübəsi);
- Yüksək səviyyədə İngilis və Rus dil biliyi;
- Analitik düşüncə və prolemləri həll etmək bacarığı;
- Komandada işləmək bacarığı.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
Büdcə və Xərclərə Nəzarət Şöbəsinin Rəhbəri
Son tarix 27 fev 2025 – Müraciət et
Təsvir
- Əməliyyat xərclərinə nəzarət;
- Bank ödənişlərinin büdcəyə əsasən təsdiqi;
- Кiçik tender komitəsində və qərarların qəbul edilməsində iştirak;
- Biznes kartlarında olan əməliyyatlara nəzarət;
- Tranzit hesablarda olan əməliyyatlara nəzarət;
- Xərclərin və məhsulların təhlil edilməsi və optimizasiyası üzrə təkliflərin hazırlanması;
- Cavabdeh olduğu iş sahələri üzrə muvafiq hesabatların hazırlanması;
- Şöbənin fəaliyyəti ilə bağlı SQL (verilənlər bazasından) hesabatların yüklənməsi;
- BR sorğuları əsasında digər şöbələr üçün SQL (verilənlər bazasından) hesabatların yüklənməsi;
- Hesabatlıq işinin optimizasiyasi və təkmilləşdirilməsi;
- Tabeçiliyində olan əməkdaşların işinin planlaşdırılması və koordinasiya edilməsi;
- Bankın Mühasibat Departamenti, eləcə də bankın digər şöbə və bölmələri ilə müsbət və səmərəli əməkdaşlığın təmin edilməsi;
- Departament Rəhbəri tərəfindən qoyulmuş müvafiq vəzifələrin yerinə yetirilməsi.
Tələblər
- Maliyyə, İqtisadiyyat, Menecment və ya müvafiq sahədə ali təhsil;
- Büdcə və maliyyə idarəçiliyi sahəsində ən azı 3-5 il iş təcrübəsi (bank təcrübəsi mütləqdir);
- İdarəetmə və rəhbərlik təcrübəsi, xüsusən büdcə və xərclərin nəzarətinə dair;
- Büdcə hazırlığı, xərclərin təhlili və maliyyə planlaması üzrə dərindən biliklər;
- Müvafiq qanunvericilik və normativ aktlar haqqında məlumat;
- Maliyyə hesabatlarının hazırlanması və təhlili;
- Rus və İngilis dillərində səlis danışıq bacarığı;
- Analitik düşüncə və problemlərin həlli bacarığı;
- Rəhbərlik və komanda idarəetmə bacarıqları.
Vakansiya haqqında
- Son tarix mart 3, 2025
- Vakansiya növü Tam ştat