RU

“Tarixdə bu gün” - Məlumatların Mühafizəsi Günüdür

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

28 yanvar harada nәlәr baş verib, kimlәr xatırlanır?

 

Qısaca nәzәr salaq.

 

28 yanvar Məlumatların Mühafizəsi Günüdür:

 

1981-ci ildə məhz bu tarixdə Avropa Şurası “Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işlənilməsi ilə əlaqədar şəxslərin qorunması haqqında” konvensiya (108 saylı konvensiya) qəbul edib. Bu günün qeyd olunmasında məqsəd fərdi məlumatların mühafizəsinin əhəmiyyətini vurğulamaq, fərdi məlumatların mülkiyyətçi və operatorlarının öhdəliklərinə, o cümlədən subyektlərinin hüquqlarına diqqəti cəlb etməkdir.

 

28 yanvar 1992-ci ildə  "Ağdam-Şuşa" marşrutu ilə uçan "Mİ-8" mülki vertolyotu Şuşa şəhəri yaxınlığında erməni terrorçuları tərəfindən vuruldu:

 

Çoxu qadın və uşaq olan 44 sərnişin və ekipaj həlak oldu.

 

28 yanvar 1923-cü ildə “İnqilab və mədəniyyət” jurnalının ilk nömrəsi çapdan çıxıb:

 

1953-cü ildə “Azərbaycan” adlandırılan jurnal o vaxtadək müxtəlif adlarla nəşr olunub. Jurnala müxtəlif dövrlərdə Cəlil Məmmədquluzadə, Ruhulla Axundov, Mirzə İbrahimov, Məmməd Arif, Mehdi Hüseyn, Əli Vəliyev, İsmayıl Şıxlı, Cabir Novruz, Yusif Səmədoğlu və digər görkəmli ədəbiyyat xadimləri baş redaktorluq edib. Prezidentin Fərmanı ilə jurnal 1997-ci ildən dövlət büdcəsinin vəsaiti hesabına çap olunur.

 

28 yanvar 1986-cı ildə Göyərtəsində 7 astronavt olan "Challenger" kosmik gəmisinin startdan 73 saniyə sonra 14 km yüksəklikdə partlaması nəticəsində bütün heyət üzvləri həlak oldu.

Избранный
19
31
azedu.az

10Источники