PSJ-nin baş məşqçisi Luis Enrike çətin start heyəti seçimi ilə bağlı sualı zarafatla cavablandırıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Bu qədər keyfiyyətli oyunçular, xüsusən də cinah oyunçuları olanda start heyəti seçmək çətindir?" sualına Enrike belə cavab verib:
"Arvadımdan soruşuram. O, futbol haqqında məndən çox bilir".
Qeyd edək ki, PSJ Fransa çempionatının turnir cədvəlinə 47 xalla başçılıq edir. Növbəti mərhələdə Luis Enrikenin yetirmələri "Brest"lə qarşılaşacaq. Matç fevralın 1-də baş tutacaq.
Yanvarın 29-da isə Çempionlar Liqasının ümumi mərhələsinin 8-ci turu çərçivəsində PSJ Almaniyanın "Ştutqart" klubu ilə qarşılaşacaq.
Milli.Az